Dünya

Türkiyənin Fransadakı səfirliyinə “Molotov kokteyli” ilə hücum olub

Sharing is caring!

Türkiyənin Fransanın Marsel şəhərindəki səfirliyinə hücum olub.

Belə ki, dörd nəfər Türkiyə səfirliyinə “Molotov kokteyli” atdıqdan sonra hadisə yerindən qaçıblar.

Marsel şəhərinin hüquq-mühafizə orqanlarının əməkdaşları onlardan ikisini saxlamağa müvəffəq olub. Daha iki nəfər polisdən qaça bilib, hazırda onlar axtarışdadırlar.

Saxlanılan şəxslərin kürd olduqların bildirib, onların PKK terror təşkilatı ilə əlaqələrinin olub-olmadığı araşdırılır.

Mənbə: Bfmtv.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir