Dünya

Teoman: “Özüm üçün “tənbəllik karyerası” qurmağı planlaşdırıram” – FOTO

Sharing is caring!

“Mən yarı təqaüdçüyəm, eləcə boş-boş gəzirəm”.

Bu sözləri məşhur türkiyəli müğənni Teoman deyib.

Yarıtəqaüdçü həyatı yaşadığını bildirən 55 yaşlı müğənni qeyd edib ki, gündəlik həyatında heç nədən imtina etməməyə çalışır. “Mən boş-boş oturmağı, dostlarımla görüşməyi və idman etməyi sevirəm”, – deyə o qeyd edib.

Musiqiçi verəcəyi konsertləri ikiyə böldüyünü bildirib. “Həyatımda heç nədən imtina etməmişəm. Eləcə boş-boş gəzirəm, daha az film izləyirəm və daha çox kitab oxuyuram. Artıq özüm üçün “tənbəllik karyerası” qurmağı planlaşdırıram. Çox işləmək istəmirəm”, – deyə o vurğulayıb.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir