Dünya

Hulusi Akar: “Güvəndiyiniz dağlara qar yağmadan qərarınızı verin”

Sharing is caring!

“Heç bir təşəbbüsümüzə Yunanıstandan müsbət cavab almadıq”.

Bu sözləri Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

O qeyd edib ki, Yunanıstan gərginliyi aradan qaldırmaq üçün dəstək göstərmir.

“Biz hücum və təqib etmirik. Amma bizə edilən heç bir təzyiqi cavabsız qoymayacağıq. Təxribatçı münasibətinizi dayandırın deyirik. Bütün gördüyünüz işlərə baxmayaraq, biz deyirik ki, gəlin problemləri dialoq yolu ilə həll edək. Güvəndiyiniz dağlara qar yağmadan qərarınızı verin”, – deyə o, Yunanıstana xəbərdarlıq edib.

Mənbə: TRT Haber

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir