Cəmiyyət

Suraxanıda 33 yaşlı kişi dərmandan zəhərlənib

Sharing is caring!

Bakının Suraxanı rayonunda 33 yaşlı kişi dərmandan zəhərlənib.

APA xəbər verir ki, hadisə Hövsan qəsəbəsinin Oqtay Şabanov küçəsində qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Rövşən Əlihüseynov çoxsaylı dərman həbləri içərək zəhərlənib.

O, 1 saylı Kliniki Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağırdır.

İlkin ehtimala görə, 33 yaşlı kişi intihara cəhd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir