Dünya

Yaponiyanın baş naziri tətildə oxumaq üçün 15 kitab alıb

Sharing is caring!

Yaponiyanın baş naziri Fumio Kişida dekabrın 29-da məzuniyyətə çıxıb. O, tətilinin bir hissəsini mütaliəyə həsr etmək qərarına gəlib.

Belə ki, Kişida tətildən əvvəl ailəsi ilə birlikdə Tokiodakı kitab mağazalarından birinə baş çəkib. Oradan Fyodor Dostoyevskinin “Karamazov qardaşları” romanı da daxil olmaqla, 15 kitab alıb.

Yanvarın 4-də Kişida 2023-cü ilin ilk mətbuat konfransını keçirəcək. Yanvarın 8-də isə o, G7-yə daxil olan ölkələrə səfər turuna çıxacaq. Belə ki, gələn ildən beynəlxalq kluba məhz Yaponiya sədrlik edəcək.

Mənbə: news.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir