Dünya

Ronaldu “Əl-Nəsr” klubu ilə müqavilə imzaladı – RƏSMİ + FOTO

Sharing is caring!

Portuqaliyalı hücumçu Kriştianu Ronaldu “Əl-Nəsr”la müqavilə imzalayıb.

Bu barədə klub məlumat yayıb. 

37 yaşlı futbolçunun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi iki mövsümlük olacaq.

Forvard 22 noyabr 2022-ci ildən azad agent kimi fəaliyyət göstərir. Ronaldunun son komandası “Mançester Yunayted” olub. O, jurnalist Pirs Morqanla qalmaqallı müsahibəsindən sonra ingilis komandasını tərk edib. Futbolçu bu mövsüm “Mançester Yunayted”in heyətində 16 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Mətbuatda yayılan xəbərlərə görə, Ronaldu reklam müqavilələri də daxil olmaqla “Əl-Nəsr”da ildə 200 milyon avrodan çox qazanacaq.

“Portal Transfermarkt” hücumçunun dəyərini 20 milyon avro olaraq qiymətləndirir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir