Dünya

Filippində təbii fəlakət nəticəsində onlarla insan itkin düşüb

Sharing is caring!

Filippində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 44 nəfər ölüb, 28 nəfər itkin düşüb. Daşqınlar respublikanın 10 rayonunda 509 mindən çox insana ziyan vurub.

15,8 min şəxs 151 təxliyə mərkəzindədir. 12 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölkədə təbii fəlakətlə bağlı 434 hadisə, o cümlədən daşqınlar və torpaq sürüşmələri qeydə alınıb.

67 şəhər və 71 bələdiyyədə təhsil müəssisələrində dərslər və müəssisələrdə iş dayandırılıb. 21 yaşayış məntəqəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir