Dünya

Yunanıstanın Baş Qərargah rəisindən təxribat: Türkiyə sularında yerləşən adaya getdi – FOTO

Sharing is caring!

Yunanıstan Aralıq dənizində yeni təxribata imza atıb.

Belə ki, bu ölkənin Baş Qərargah rəisi Konstantinos Floros Aralıq dənizi və Egey dənizinə səfər edib.

Floros beynəlxalq müqavilələrə əsasən Türkiyənin ərazi sularında yerləşən Keçi adasına gedib. O, məskunlaşmanın və qoşunların yerləşdirilməsinin qadağan edildiyi adada Yunanıstan qoşunlarını təftiş edib.

Yunanıstanın Baş Qərargah rəisi sosial media hesabında səfərlə bağlı paylaşım edib. “Tətikdəyik və hazırıq”, – deyə o qeyd edib.

Qeyd edək ki, Konstantinos Florosun bu addımı adalarla bağlı mübahisəli vəziyyətin hökm sürdüyü rəsmi Ankaranı qıcıqlandırmaq məqsədi daşıyır.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir