Cəmiyyət

Xəstəlikdən əziyyət çəkən 17 yaşlı Rəşadın anası: “Artıq tükənmişik” – FOTO

Sharing is caring!

17 yaşlı Rəşadın sizin dəstəyinizə ehtiyacı var. 

Bu barədə Oxu.Az-a onun anası Məhbubə Quliyeva məlumat verib. 

O bildirib ki, oğlu Autoimnun ensefalit (baş beyinin iltihabı), NMO spektrum (optik sinirin və onurğa beyninin iltihabı ilə xarakterizə olunan otoimmün, iltihablı və demiyelinləşdirici xəstəliyi) xəstəliyindən əziyyət çəkir. 

“Rəşadın səhhəti ilə bağlı heç vaxt problem olmayıb. Bu ilin may ayında mənə ayaqlarının keyidiyini və soyuq olduğunu dedi. Bir neçə gün keçdikdən sonra gördüm ki, yeriməkdə əziyyət çəkir. Həkimə apardıq, problemin belində olduğunu dedilər. Müalicə aldıqdan sonra problem həll oldu. Daha sonra avqust ayında yenidən bədəninin zəiflədiyini hiss etdim. Qaşıq tutmaqda çətinlik çəkirdi. Yenidən həkimə getdik, bu dəfə problemin beynində olduğunu öyrəndik. Yenə müalicə aldı və vəziyyəti yaxşılaşdı. İndi isə xəstəlik yenidən baş qaldırıb. Artıq oğlumun bədəni müalicəyə cavab vermir. Həkimlər isə müalicə üçün Türkiyəyə getməyimizi məsləhət görürlər. Bizim isə buna imkanımız çatmır. İlk gündən bütün müalicəsini öz gücümüzə etsək də, artıq tükənmişik. Oğlumun müalicəsi üçün 15-20 min manata ehtiyacımız var”.

Məhbubə Quliyeva bildirib ki, oğlunun musiqiyə böyük həvəsi var:

“Beş il musiqi məktəbinə gedib. Özü sintezatorda çox gözəl ifa edir. Onun gələcəklə bağlı çox arzuları var, həyatı, yaşamağı çox sevir. İmkanlı şəxslərdən mənim balama kömək etməklərini xahiş edirəm. Xahiş edirəm, mənim balamın öz həyatına qayıtmağına, arzularını reallaşdırmağına kömək edin”.

Ailə ilə əlaqə üçün: 050 540 50 73

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir