Dünya

İran səfiri İtaliya XİN-ə çağırılıb – FOTO

Sharing is caring!

İranın İtaliyadakı səfiri Məhəmmədrza Səburi XİN-ə çağırılıb.

Bu barədə İtaliya Xarici İşlər Nazirliyindən bildirilib.

Bununla bağlı “Azad İran” “Telegram” kanalı məlumat verib.

Səfirə İran hökumətinin etirazçılara qarşı repressiyalarının qəbuledilməz olduğu barədə rəsmi Romanın mövqeyi çatdırılıb. İtaliyanın XİN başçısı və baş nazirinin müavini Antonio Tayani İranda həbs edilən qadın etirazçıların zorakılığa məruz qalmalarını utancverici adlandırıb.

Qeyd edək ki, dekabrın 15-də İtaliyanın xarici işlər naziri Antonio Tayani parlamentdə çıxışı zamanı İran səfirinin etimadnaməsini dövlət başçısına təqdim etməsindən dərhal sonra XİN-ə çağırılacağını bildirmişdi.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir