Xarici siyasət

Bəzi ağalar münaqişəni qızışdırır – Papa

Sharing is caring!

Roma Papası Fransisk Rusiya Prezidenti Vladimir Putini Ukraynada müharibəyə başladığına görə tənqid edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, o, Maltadakı çıxışında ad çəkməsə də, Putinə mesajını çatdırıb.

“Biz düşünürdük ki, başqa ölkələrin işğalları, şiddətli küçə döyüşləri və nüvə təhlükələri uzaq keçmişin qaranlıq xatirələridir. Amma yenə də təəssüflər olsun ki, millətçi maraqların anaxronist bəyanatlarına batan bəzi ağalar münaqişələri qızışdırır. İndi bəşəriyyətə nazil olan müharibə gecəsinin ortasında, xahiş edirəm, sülh arzusunun sönməsinə imkan verməyin”, – Roma Papası qeyd edib.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir