Dünya

Hindistanda leysan və dolu: Əhaliyə xəbərdarlıq edildi

Sharing is caring!

Hindistanın Assam ştatının dağlıq bölgələrində güclü tufan və dolu nəticəsində azı 18 min sakin zərər çəkib.

Məktəblər, mağazalar bağlanıb. Yağan leysan və qatı duman bəzi ərazilərlə nəqliyyat əlaqələrini və əhaliyə yardımın göstərilməsini çətinləşdirib.

Assam Meteorologiya Departamenti dağlıq bölgələr üçün sarı hava xəbərdarlığı elan edib, sürüşmə və qaya çökmələri ehtimalı barədə xəbərdarlıq edib. Hava proqnozuna görə, yaxın günlərdə yağış və dolu davam edəcək.

Mənbə: The Times of India

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir