Dünya

Rusiyanın XİN başçısı: “Pentaqon Putini fiziki məhvlə təhdid edir”

Sharing is caring!

“Pentaqonda bəzi dairələr Rusiya dövlət başçısına qarşı hədələr səsləndirir, onu fiziki olaraq məhv etməklə bağlı xəbərdarlıqlar göndərirlər”.

Bu açıqlama ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edib.

“Pentaqonun bəzi adı açıqlanmayan rəsmiləri Kremli “öldürücü zərbə” vurmaqla hədələyiblər, əslində, söhbət Rusiya dövlətinin başçısının fiziki olaraq məhv edilməsi təhlükəsindən gedir. Əgər kimsə, həqiqətən, bu cür ideyaları düşünürsə, o, belə planların mümkün nəticələri barədə çox diqqətlə düşünməlidir”, – deyə Lavrov vurğulayıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin qeyd edib ki, Qərbdən nüvə silahından istifadəyə dair ziddiyyətli siqnallar alırlar.

“Volodimir Zelenski NATO ölkələrinin Rusiyaya qarşı qabaqlayıcı nüvə zərbələri endirməsini tələb edib. Bu, həm də qəbul edilmiş hüdudlardan kənara çıxmaqdır. Lakin biz Kiyev liderlərindən nələr eşitməmişik ki”, – deyə Lavrov əlavə edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir