Dünya

Santa Klaus dünya səyahətini başa vurdu – YENİLƏNİB

Sharing is caring!

ABŞ və Kanadanın Birgə Hava Hücumundan Müdafiə Komandanlığının (NORAD) məlumatına görə, Santa Klaus dekabrın 25-də 67-ci illik dünya turunu başa vurub.

“Ulduz işığından daha sürətli: Şaxta babanın dünya səyahəti bitdi! 67 illik bayram ənənəmizin bir hissəsi olduğunuz üçün təşəkkür edirik!” – komandanlığının mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Santa ümumilikdə 7,62 milyard insanı təbrik edib. Xatırladaq ki, Klausun kirşəsinin hərəkətini izləmək ənənəsi 1955-ci ildə yaranıb, o zaman Yeni il reklamında səhvə yol verilib və amerikalı uşaqlar Santa Klausun sehrli xidmətinə müraciət etmək əvəzinə, kontinental hava hücumundan müdafiə komandanlığına zəng etməyə başlayıblar.

O vaxtdan bəri Kolorado Hərbi Hava Qüvvələrinin bazası Santa Klausun izləmə mərkəzinə çevrilib.

Mənbə: rossaprimavera.ru

07:58

Milad bayramı ərəfəsində planetin əsas Santa Klausu ilin səyahətinə çıxıb. 

Bu barədə məlumat ABŞ və Kanadanın birgə hava hücumundan müdafiə komandanlığının (NORAD) “Twitter” səhifəsində dərc edilib.

Söhbət Finlandiyanın Rovaniemi kəndində yaşayan əsas Santa Klausdan gedir. Bu onun 67-ci səyahətidir.

Rəvayətə görə, əsl Santa Klausun vətəni məhz qarlı Laplandiyanın bu ərazisidir.

Mesajda qeyd edildiyi kimi, Santa Klaus Milad turu zamanı hədiyyələr təqdim edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir