Dünya

“Uzkimyosanoat” SC-nin İdarə Heyətinin sədri Sumqayıt Kimya Sənaye Parkında olub – FOTO

Sharing is caring!

Dekabrın 23-də Özbəkistanın “Uzkimyosanoat” SC-nin İdarə Heyətinin sədri Yevgeni Korjikov ilə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev arasında Sumqayıt Kimya Sənaye Parkında görüş keçirilib.

Görüşdə sənaye zonaları və aqroparklar, burada sahibkarlar üçün mövcud investisiya imkanları barədə məlumat verilib, sənaye zonaları və aqroparkların təqdimatı nümayiş etdirilib.

“Uzkimyosanoat” SC-nin tərkibində fəaliyyət göstərən şirkətlərin sənaye zonalarına investisiya yatırması, sənaye zonalarında istehsal olunan məhsulların ixrac imkanları, birgə layihələrin həyata keçirilməsi və digər əməkdaşlıq məsələləri müzakirə edilib.

Sonda qonaq Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidenti “SOCAR Polymer” MMC-nin fəaliyyəti ilə tanış olub.

Qeyd edək ki, “Uzkimyosanoat” SC 12 sənaye müəssisəsini, kənd təsərrüfatı sektoruna kimya məhsulları satan 13 regional distribütor təşkilatı, layihə və elmi-tədqiqat müəssisələrini özündə birləşdirir. Şirkətin tərkibində fəaliyyət göstərən sənaye müəssisələrində 170-dən çox kimyəvi maddə istehsal olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir