Dünya

Bu il Azərbaycan və Türkiyə hərbçilərinin birgə keçirdiyi hərbi təlimlərin sayı AÇIQLANDI

Sharing is caring!

Bu il ərzində Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə 20-dək hərbi təlimi keçirilib.

Bu barədə “Report”un Ankara bürosuna açıqlamasında Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov məlumat verib.

Nazir deyib ki, hər il sayı çoxalmaqla Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə tədbirləri həyata keçirilir:

“Xüsusi qeyd etmək istəyirəm ki, 2022-ci ildə bizim 20-dək Türkiyə Silahlı Qüvvələri ilə birgə təlimlərimiz keçirilib. Son təlimimiz də “Qardaş yumruğu” idi. Bu təlimdə də Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin döyüş hazırlığı və döyüş qabiliyyətinin bir daha yüksək səviyyədə olduğu nümayiş etdirildi”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir