Dünya

Baydendən öz tənqidçisinə sərt cavab: “Ağzını yum!” – VİDEO

Sharing is caring!




ABŞ Prezidenti Co Bayden onun sözünü kəsən tənqidçisinə emosional reaksiya verib.

İnsident ABŞ liderinin Vaşinqtonun “Union Station” arenasında çıxışı zamanı yaşanıb.

Dövlət başçısı uşaqların sağlamlığına qoyulan sərmayələrdən danışarkən naməlum şəxs onun sözünü kəsərək tənqid etməyə başlayıb. “Yaxşı, mən sənə belə deyəcəyəm: Ya qalx səhnəyə və öz sözünü de, ya da ağzını yum. Yaxşı?” – prezident deyib. Tamaşaçılar onun sözlərini alqışlarla qarşılayıblar.

Qeyd edək ki, 81 yaşı olan Bayden ictimai çıxışlarında tez-tez müxtəlif səhvlərə yol verir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir