Dünya

Medvedevin jurnalisti nəyə görə bloka atmasının səbəbi bilindi – FOTO

Sharing is caring!

Rusiyanın müdafiə naziri Sergey Şoyqu çağırış yaşını 30-a qədər qaldırmaq istəyir. Bununla əlaqədar olaraq “The Insider” araşdırma layihəsinin rusiyalı jurnalisti Sergey Yejov RF Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedevdən oğlu 27 yaşlı İlya Medvedevin müharibəyə gedib-getməyəcəyini soruşub.

“Çağırış yaşı, Şoyqunun dediyi kimi, 30-a çatdırılsa, İlya Dmitriyeviç Medvedev adlı “Vahid Rusiya” partiyasının vəsiqəsinə malik olan bu vətənpərvər vətəndaşın hələ də vətəninə xidmət etmək və ilk gündən müqavilə imzalamaq şansı var. Hərbi komissarlığa ilk gedən o olacaq, elə deyilmi, Dmitri Medvedev?” – deyə Yejov özünün “Twitter” hesabında sual edib.

Rusiyanın eks-prezidenti isə Yejovun sualına cavab verməyib və sosial şəbəkədə onu bloklayıb.

Jurnalist qara siyahıya əlavə olunduğunu təsdiqləyən skrinşot yayımlayıb.

“İnanmayacaqsınız: o məni blokladı”, – deyə Yejov bildirib.

Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu dekabrın 21-də nazirliyin kollegiya iclasında çağırışçılar üçün yaş həddinin 18-dən 21-ə, son həddin isə 27-dən 30-a qaldırılmasını təklif edib.

Mənbə: Fokus

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir