Cəmiyyət

Bahar Muradova: “Müxtəlif nailiyyətlər qazanan gəncləri mükafatlandırmağı qərara aldıq”

Sharing is caring!

“Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, illərdir həyatları alt-üst edən Qarabağ probleminin arxivə çevrilməsi bu gün bizim fəxr mənbəyimizdir. Tədbirimizin adı da təsadüfi seçilməyib”.

Oxu.Az xəbər verir ki, bu sözlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Qalib ölkənin Qalibləri – 2022” adlı müsabiqənin mükafatlandırma mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, xalq, dövlət olaraq regionda, dünyada Azərbaycanın rolu artır:

“Vaxtilə ilin xalqı adını qazanmışdıq. Düşünürəm ki, Zəfər tarixi bizi əsrin xalqı edir. Bu gün bizim gələcəyə doğru planlarımız var. Zəngin tarixi keçmişimiz, qürurlu bu günümüz sabaha yönələn planlara təsir edir və bizim qazanacağımız nailiyyətlər qarşıdadır. Azərbaycan xalqı qalibdir. Qalib Azərbaycan dünya ölkələrində gedən ictimai-siyasi proseslərə də təsir edə biləcək nüfuza malikdir. Ali Baş komandanımız İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində dövlətimiz daha konkret konturlarla irəlidəki hədəflərə istiqamətlənir. Ölkəmizdəki təhlükəsiz həyat, gənclik və gələcək üçün önəmlidir. Biz gələcək nəsillərə yüksək səviyyədə təhsil təmin edərək, gələcək üçün çox vacib addımlar atırıq. Bunun üçün Azərbaycan hökuməti bütün zəruri addımları atır. Bu gün gənclər ulu öndər Heydər Əliyevin siyasətinə uyğun böyüyür və bu uğurlu yol ilə addımlayır”.

B.Muradova onu da əlavə edib ki, ölkədə gənclərə verilən təhsilin səviyyəsi gənc nəslin ölkədaxili və ölkə xaricində qazandığı qalibiyyətlərdən də görünür:

“Biz hər il müxtəlif nailiyyətlər qazanan gəncləri mükafatlandırmağı qərara aldıq. Bu, bizim ilk tədbirimizdir və bunun davamlı olması, qalib, savadlı gənclərin ictimaiyyətə tanıdılması onlar üçün də yeni uğurlara can atmaları üçün motivasiya olacaq”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir