Dünya

Cənubi Ukrayna AES üzərində dron qeydə alınıb

Sharing is caring!

Rusiyalılar Ukrayna AES-də nüvə və radiasiya təhlükəsizliyini növbəti dəfə pozublar.

Ukraynanın Nikolayev vilayətində Cənubi Ukrayna atom elektrik stansiyasının nüvə qurğusu yaxınlığında İrana məxsus kamikadze-dronun uçuşu qeydə alınıb.

Bu barədə “Enerqoatom” şirkətinin mətbuat xidməti məlumat yayıb.

Şirkət bunun nüvə və radiasiya təhlükəsizliyinin qəbuledilməz dərəcədə pozulması olduğunu vurğulayıb.

“Biz BAEA-ya və bütün dünya nüvə ictimaiyyətinə müraciət edirik və atom elektrik stansiyasının yerləşdiyi ərazinin üzərindən zərbə dronunun uçması faktı barədə məlumat veririk. Bir daha nüvə obyektlərinin Rusiya tərəfindən hücuma məruz qalması riskinə yol verməməyə çağırırıq. Bu, Ukraynanın və dünyanın nüvə və radiasiya təhlükəsizliyinə təhdid yaradır”, – deyə məlumatda qeyd edilib.

Mənbə: Tsn.u

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir