Cəmiyyət

İqtisadçı: “Çayın idxalının azalması müsbət haldır” – ŞƏRH + FOTO

Sharing is caring!


2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın çay idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 5,9% azalaraq 11 222 ton, dəyər baxımından isə 5,0% azalaraq 58 milyon 447 min dollar təşkil edib.

2022-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan 10 milyon 153 min dollar dəyərində 1 626 ton çay ixrac, 61 milyon 492 min dollar dəyərində isə 11 930 ton çay idxal edib.

Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın çay ixracı illik müqayisədə həcm baxımından 2,8 dəfə azalaraq 586,38 ton, dəyər baxımından isə 47% azalaraq 5 milyon 340 min dollar təşkil edib.

Hesabat dövründə çay ixracı Azərbaycanın ümumi ixracının 0,02%-ni, çay idxalı isə ölkənin ümumi idxalının 0,41%-ni təşkil edib. Bu dövrdə idxal ixracı 19,2 dəfə üstələyib.

Bəs görəsən, idxalın azalması qiymətlərə təsiri necə olacaq?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı-ekspert Emin Qəriblinin sözlərinə görə, idxalın azalması müsbət haldır:

“Bəli, yanvar-oktyabr aylarında idxal azalıb. Çünki bu sahə diqqət mərkəzindədir. Ölkə bu sahə üzrə artıq ixtisaslaşıb. Amma bildiyimiz kimi, subtropik bölgə bizdə məhdud ərazidir. Yeni texnologiyalarla bu sahəni inkişaf etdirmək olar. Çünki gəlirli sahədir. Keçmiş MDB ölkələri çərçivəsində baxsaq, görərik ki, Azərbaycan brendləri mövcuddur. Müəyyən bazarlarda nüfuz qazanıb”.

İqtisadçı qeyd edib ki, ilin birinci yarısında bazarda qiymətlərdə müəyyən artım var idi:

“Bu artımın da səbəbi məsrəflərin artırılması ilə əlaqədar idi. Həmin vaxt bazarlarda ümumi inflyasiya var idi. Lakin ikinci yarısından sonra gördük ki, həm inflyasiya, həm qida məhsullarının artımı stabilləşdi. Yəni artıq məsrəflər artmışdı.

Qiymətlər də artmalı idi. Konkret indiki dövrə gəldikdə isə görürük ki, bizdə inflyasiya azalıb. Hətta bəzi məhsulların qiyməti artım əvəzinə enibdir. Qiymətlər stabil olsa, daha yaxşı olardı”.

“Diqqət etsək, görərik ki, kofe bazarında vəziyyət daha gərgindir. Çayda belə hal gözlənilmir. Ümid edək ki, prioritet sahəsi olaraq davam edəcək. Çay dünyada çox istifadə olunan məhsuldur. Kifayət qədər rentabelli, gəlirli bir sahədir. İnanıram ki, biz müvafiq dövlət proqramlarını qəbul etməklə burada yeni elmi, texniki-tərəqqini tətbiq etməklə bu sahəni genişləndirərik”, – deyə E.Qəribli əlavə edib.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir