Dünya

Meksika Perunun devrilmiş prezidentinin ailəsinə siyasi sığınacaq verdi

Sharing is caring!

Perunun keçmiş prezidenti Pedro Kastilyo ilə bağlı aparılan istintaq onun ailəsinin Meksikadan siyasi sığınacaq almasına mane olmayıb.

Bu barədə bazar ertəsi Perunun hazırkı dövlət başçısı Dina Boluarte bildirib.

“Bir neçə gün əvvəl Xarici İşlər Nazirliyinin rəhbəri mənə Meksikanın artıq onlara siyasi sığınacaq verdiyini söylədi və mən nazirə cavab verdim ki, qanuna uyğun hərəkət etməliyik”, – Boluarte bildirib.

Onun sözlərinə görə, sığınacaq hüququ Kastilyonun özünə deyil, yalnız onun həyat yoldaşına və iki uşağına şamil edilib.

Xatırladaq ki, Perunun keçmiş dövlət başçısı Pedro Kastilyo dekabrın 7-də Konqresin (birpalatalı parlament) buraxıldığını və komendant saatı tətbiq edildiyini elan edib. Parlamentarilər səsverməni ləğv etməyib və prezidentin istefasını təsdiqləyiblər. Hərbçilər və polislər Konqresə dəstək veriblər.

Kastilyonun çıxarılmasından sonra onu üsyan təşkil etməkdə ittiham ediblər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir