Dünya

“Twitter” Amerikanın aparıcı KİV jurnalistlərinin hesablarını blokladı

Sharing is caring!

“Twitter” sosial şəbəkəsi “Amerikanın səsi”, CNN, “New York Times” və “Washington Post” əməkdaşlarının, eləcə də müstəqil jurnalistlərin bir sıra hesablarını bloklayıb.

Bu barədə “Amerikanın səsi” məlumat verib.

“Amerikanın səsi”nin baş müxbiri Stiv Hermanın izləyiciləri onun hesabına daxil olmaq istəyərkən boş ekran və hesabın dayandırılması barədə məlumatla qarşılaşıblar. Eyni məlumatlar yuxarıda qeyd edilən KİV müxbirlərinin hesablarında da müşahidə olunub.

Bütün bu hesabların niyə dayandırıldığı hələki məlum deyil.

Jurnalistlərin çoxu şirkətin yeni sahibi İlon Maskın gəlişindən sonra “Twitter”də başlayan dəyişikliklərlə bağlı məqalələr dərc edib və paylaşımlar ediblər.

Cümə axşamı dərc olunan tvitlərə cavab olaraq Mask doksinq – şəxsi məlumatların internetdə qeyri-qanuni yayılması barədə xatırladıb.

“Məni istədiyiniz qədər tənqid edə bilərsiniz, amma hazırda mənim olduğum yeri “doksinq” etmək və ailəmi təhlükə altına qoymaq olmaz”, – deyə o qeyd edib.

“Doksinqlə bağlı qaydalar hər kəsə tətbiq edildiyi kimi, “jurnalistlər”ə də eyni dərəcədə şamil edilir”, – deyə Mask sosial şəbəkədə şəxsi məlumatların paylaşılması qaydalarını nəzərdə tutaraq əlavə edib.

Mənbə: RBC

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir