Dünya

ABŞ Senatında məmurlar üçün “TikTok” qadağası təsdiqləndi

Sharing is caring!

ABŞ Senatı məmurlara Çinin “TikTok” tətbiqindən hökumətə məxsus cihazlarda istifadə etməyi qadağan edən qanun layihəsini qəbul edib.

Qərar yekdilliklə qəbul edilib, indi o, Nümayəndələr Palatası və ABŞ Prezidenti Co Bayden tərəfindən təsdiqlənməlidir.

Qanun layihəsi Şimali Dakota və Ayova ştatları tərəfindən dəstəkləndikdən sonra səsverməyə çıxarılıb.

Sənədi baxılmaq üçün bir gün əvvəl respublikaçı senator Marko Rubio təqdim edib. Qanun layihəsinin müəllifləri hesab edirlər ki, “TikTok” casusluq etmək üçün istifadə oluna bilər”.

2020-ci ildə o zaman ABŞ prezidenti vəzifəsini icra edən Donald Tramp “TikTok” tətbiqinin yüklənilməsini qadağan etməyə çalışırdı. O iddia edirdi ki, sosial şəbəkə amerikalıların məxfi məlumatlarını Çinə ötürür və bu, ölkənin milli təhlükəsizliyini təhdid edir. Lakin Baydenin prezident seçkilərində qalib gəlməsindən sonra ABŞ-də “TikTok”un fəaliyyətinə məhdudiyyətlərin tətbiqi təxirə salınıb.

Mənbə: RBC

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir