Dünya

Makronun partiya qərargahında axtarış aparılıb

Sharing is caring!

Fransa Milli Qvardiyası hakim İntibah Partiyasının qərargahında və ABŞ-nin “McKinsey” konsaltinq firmasının Parisdəki filialında axtarış aparıb.

Məlumata görə, axtarışlar Fransa lideri Emmanuel Makronun 2017-ci il prezidentlik kampaniyası zamanı firma tərəfindən göstərilən xidmətlərlə bağlı iş çərçivəsində həyata keçiriliib.

Jandarm nümayəndələri əsasən Makronun ilk seçki kampaniyasının maliyyələşdirilməsinə dair sənədlərlə maraqlanıblar. Ədliyyə orqanları “McKinsey” əməkdaşlarının prezidentliyə namizədin təşviqat proqramının hazırlanmasında iştirak etməsindən şübhələnirlər.

Pozuntu halı seçki kampaniyasının maliyyə xərclərini azaltmaq üçün şirkətin işçilərinin iş vaxtı ərzində bu prosesə cəlb edilməsilə bağlı ola bilər. Belə ki, dövlət başçısı vəzifəsinə namizəd üçün bu cür xərclər qanunla məhdudlaşdırılıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir