Dünya

Peruda fövqəladə vəziyyət elan edildi

Sharing is caring!

Peruda fövqəladə vəziyyət rejimi tətbiq edilir.

Bunu ölkənin müdafiə naziri Alberto Otarola çərşənbə günü bildirib.

“Bir neçə saatdan sonra rəsmi mətbuatda 30 təqvim günü müddətinə ümummilli fövqəladə vəziyyət elan edilməsi haqqında fərman dərc olunacaq”, – o, dövlət televiziyasında bəyan edib.

Nazirin qeyd etdiyi kimi, bu müddət ərzində milli polis asayişin qorunmasında ölkənin silahlı qüvvələrinə köməklik göstərəcək.

Siyasətçi onu da xatırladıb ki, fövqəladə vəziyyət dövründə vətəndaş hüquqlarına bir sıra məhdudiyyətlər tətbiq edilir.

Xatırladaq ki, dekabrın 7-də Peru prezidenti Pedro Kastilyo vəzifəsindən uzaqlaşdırıldıqdan sonra ölkədə genişmiqyaslı etirazlar başlayıb. Növbədənkənar seçkilərin keçirilməsini tələb edən nümayişçilər yolları bağlayır, hava limanlarını zəbt edir, hökumət və hüquq-mühafizə orqanlarına, eləcə də media ofislərinə basqın edirlər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir