Dünya

Beynəlxalq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yayıb – FOTO

Sharing is caring!

Beynəlxalq Əfv Təşkilatı etiraz aksiyalarında iştiraka görə 23 yaşlı Məcid Rza Rəhnəvərdin ictimaiyyətin gözü önündə edam edilməsini İran rejiminin qisas məqsədli qətli adlandırıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, Əfv Təşkilatının Yaxın Şərq və Şimali Afrika departamenti gənc aksiyaçının dəhşətli edamının İranın məhkəmə sistemini ictimaiyyət qarşısında rüsvay etdiyini bəyan edib.

“Bu edamlar insanları qorxutmaq məqsədi daşıyan və mövcud vəziyyət qarşısında susmağa məcbur edən repressiya vasitəsidir”, – deyə departamentin nümayəndəsi bildirib.

Bəyanatda həmçinin beynəlxalq ictimaiyyətə müraciət edilərək, İran rejiminə ölüm hökmlərini dayandırmaq və ləğv etmək məqsədilə təzyiq göstərmək üçün bütün lazımi tədbirlərin görülməsi tələb edilib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir