Dünya

Ərdoğan: “12 milyard dollarlıq yeni neft yatağı kəşf etdik”

Sharing is caring!

“Terrordan təmizlənən Qabar dağında minalardan təmizləmə işlərində şəhid olan jandarmamız Esma Çevikin adını daşıyan bölgədə 150 ​​milyon xalis neft ehtiyatı olan yeni yataq kəşf etdik”.

Bunu türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

“2022-ci ildə dünyada quruda 10 ən böyük kəşfdən biri olan bu ehtiyatın dəyəri bugünkü qiymətlərlə təxminən 12 milyard dollardır. Neftin çox yüksək keyfiyyətə malik bu bölgədə 4 quyudan sutkada 5 min barel hasil edirik. Quyularımızın sayını sürətlə artırmaqla biz buradakı neft hasilatını daha yüksək səviyyələrə çatdıracağıq”, – deyə dövlət başçısı bəyan edib.

Onun sözlərinə görə, son illərdə ölkədə neft kəşfiyyatı və qazma işlərinin sürətlə artmasının ən mühüm səbəblərindən biri bu sahədə texnologiyanın lokallaşdırılmasıdır.

Mənbə: TRT

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir