Dünya

Qarabağdakı “sülhməramlı”lar Ukraynada əsir düşdülər – VİDEO

Sharing is caring!

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, gecə saatlarında Kiyev, Vinnitsa, Çerkassı və Nikolayev vilayətlərində dayanmadan hava həyəcanı siqnalları verilib və əhaliyə təcili şəkildə sığınacaqlara getmələri barədə xəbərdarlıq edilib.

Həmçinin qeyd edilib ki, müxtəlif ölkələrdən Ukraynaya humanitar yardım göndərilməsinə baxmayaraq, elektrik enerjisinin verilməsində məhdudiyyətlər hələ də davam edir.

O da bildirilib ki, son günlər Rusiya ordusu, əsasən, kamikadze dronları və raketlərlə Odessa və Nikolayev istiqamətlərini hədəf alır.

Məlumata görə, Qarabağda olmuş Rusiya sülhməramlıları da döyüşlərə göndərilirlər. 

“Artıq buraya göndərilən sülhməramlıların 50-dən çoxu Ukraynada əsir düşüb”, – deyə jurnalist bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir