Dünya

İtaliyada atışma: Baş nazirin yaxın dostu həlak oldu – FOTO/VİDEO

Sharing is caring!

Romada atışma zamanı həlak olanlardan biri İtaliyanın Baş naziri Corciya Meloninin yaxın rəfiqəsi olub.

Bu barədə siyasətçi özünün “Facebook” səhifəsində məlumat verib.

“Nikoletta mənim rəfiqəm idi, belə ölmək düzgün deyil. Nikoletta qayğıkeş ana, səmimi və ləyaqətli dost, eyni zamanda həm güclü, həm də kövrək qadın idi”, – deyə Meloni yazıb.

Baş nazir bildirib ki, mərhumun əri və 10 yaşlı oğlu qalıb. O, ədalətin ən qısa zamanda bərqərar olacağına da ümidini ifadə edib.

Qeyd edək ki, dekabrın 11-də Romada barların birində üç nəfərin ölümü və dörd nəfərin yaralanması ilə nəticələnən atışma baş verib. Məlumata görə, sakinlərin mənzillərin kommunal xidməti ilə bağlı görüşü zamanı cinayətkarla üç qadın arasında mübahisə düşüb, bundan sonra kişi silahı çıxarıb və bir neçə dəfə atəş açıb.

“O, otağa girdi, qapını bağladı və “hamınızı öldürəcəyəm” deyə qışqırdı, sonra isə atəş açmağa başladı”, – deyə şahidlərdən biri baş verənlər barədə danışıb.

Sakinlər polis gələnə qədər atəş açan şəxsi zərərsizləşdirə biliblər.

Kişi saxlanılıb, baş verənlərlə əlaqədar cinayət işi açılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir