Dünya

Qızcığaz gəlinciyin əllərini arxadan bağlayandan sonra hər şey üzə çıxdı – FOTO/VİDEO

Sharing is caring!

Türkiyənin Tekirdağ şəhərində uşağın qəribə hərəkətlərindən sonra bağçada azyaşlılara zorakılıq edilməsinin üstü açılıb.

Belə ki, Kapaklı rayonunda E.E. evdə qızı D.E.-nin oynadığı gəlinciyin əllərini arxadan bağlayıb yatırmaq istədiyini görüb. Səbəbini soruşanda isə azyaşlı deyib ki, yatmaq istəməyən uşaqları bağçada tərbiyəçilərin bu formada yatırırlar. Bundan sonra qadın həmin tərbiyəçilərin adını qızından öyrənib və digər valideynlərə hadisə barəsində danışıb.

Valideynlər 250 uşağın təlim-tərbiyə aldığı müəssisəsin kamera görüntülərinin araşdırılmasını tələb etsələr də, bağça rəhbərliyi onlara məhəl qoymayıb.

Valideynlərin Prokururluğa şikayəti əsasında faktla bağlı araşdırma başlayıb.

Görüntülər üzə çıxandan sonra məlum olub ki, tərbiyəçilər azyaşlıları itələyib, kobud davranıb, onlara qarşı müxtəlif zorakılıq tətbiq ediblər.

Mənbə: DHA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir