Dünya

Peru prezidentini 20 ilədək həbs cəzası gözləyir

Sharing is caring!

Perunun vəzifəsindən kənarlaşdırılmış prezidenti Pedro Kastilyo ölkədə üsyan təşkil etməkdə ittiham olunur.

Yerli mətbuat yazır ki, P.Kastilyo hazırda polis tərəfindən saxlanılıb və bir sıra cinayətlər törətməkdə ittiham olunaraq istintaq təcridxanasına salınıb.

Peru qanunvericiliyinə görə, ölkədə üsyana cəhd (Peru Cinayət Məcəlləsinin 346-cı maddəsi) 10 ildən 20 ilədək həbs cəzasını nəzərdə tutur.

Bundan başqa, eks-dövlət başçısı vəzifə səlahiyyətlərindən sui-istifadədə və ictimai asayişi pozmaqda ittiham olunur.

Mənbə: El Comercio

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir