Dünya

Zelenski “İlin adamı” elan edildi – FOTO

Sharing is caring!

“TIME” jurnalı Ukrayna Prezidenti Volodimir Zelenskini və “Ukrayna ruhunu” “İlin adamı” elan edib.

Nəşrin üz qabığında dövlət başçısının portreti və ölkənin tanınmış simalarının təsvirlərindən ibarət kollaj yerləşdirilib.

Qeyd edilib ki, mükafat cəsarətin qorxu kimi yoluxucu ola biləcəyini sübut etdiyinə, insanları və xalqları azadlığın müdafiəsində birləşməyə təşviq etdiyinə, demokratiya və sülhün kövrəkliyini dünyaya xatırlatdığına görə verilib.

Köşə yazarı Saymon Şuster Zelenskiyə həsr olunmuş məqaləsində yazır ki, Ukrayna prezidentinin tərcümeyi-halında heç nə onun ölkəsi uğrunda döyüşməyə bu qədər iradə göstərəcəyini qabaqcadan xəbər vermirdi. Zelenski heç vaxt orduda xidmət etməyib və orduya az maraq göstərib.

“Onun peşəkar instinktləri səhnədəki aktyor, komediya ustası və kino biznesindəki prodüser həyatından qaynaqlanır”, – jurnalist izah edib.

Xatırladaq ki, Volodimir Zelenski “Financial Times”ın versiyasına görə də “İlin adamı” seçilib.

Mənbə: focus.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir