İdman

Azərbaycanlı futbolçu “İnter”ə qarşı oynadı

Sharing is caring!


Azərbaycan millisinin üzvü Vüsal İsgəndərlinin formasını geyindiyi Albaniyanın “Eqnatiya” klubu İtaliya “İnter”i ilə yoxlama oyunu keçirib.

Oxu.Az xəbər verir ki, matç “nerazzuri”nin qələbəsi ilə başa çatıb – 4:2.

Hesabı 7-ci dəqiqədə “Eqnatiya”ın futbolçusu Rafael Dvamena açıb. “İnter”in qollarına Nikolo Barrella, Lautaro Martines (2) və Cakomo Stabile imza atıblar. Albaniya təmsilçisinin digər qolunu Fernando Medeyros vurub. Vüsal da bu matçın iştirakçısı olub. O, 75-ci dəqiqədə meydana buraxılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir