Dünya

Suriyada etirazçılar inzibati binanı dağıtdılar

Sharing is caring!

Suriyanın cənubunda yerləşən Əs-Suveyda əyalətində etirazçılar yerli administrasiyanın binasını ələ keçirərək dağıdıblar.

Məlumata görə, onlarla gənc inzibati binaya daxil olub, sənədlərlə dolu arxivi yandırıb, mebelləri sındırıb və pəncərələrdən atıblar.

Şahidlərin sözlərinə görə, binadan atışma səsləri eşidilir.

Etirazçıların narazılığının səbəbləri barədə məlumat verilməyib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir