Dünya

Azərbaycan və Türkiyənin qarşılıqlı investisiyanın məbləği açıqlandı

Sharing is caring!

“İndiyə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 19,5 milyard ABŞ dolları, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12 milyard ABŞ dolları investisiya qoyub”.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən “Türk Maliyyə Sektoru Liderlər Zirvəsi”ndə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

“Hazırda Türkiyədə 2 000-ə yaxın Azərbaycan, Azərbaycanda isə 4 100-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir”, – o deyib.

“Qlobal iqtisadiyyatda baş verən proseslərə baxmayaraq, Azərbaycanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi, ticarət-iqtisadi əlaqələrdə də dinamik inkişaf müşahidə olunur. İki ölkənin ticarət dövriyyəsinin illik dəyəri 2016-cı ildə 2,3 milyard ABŞ dolları olduğu halda, 2021-ci ildə iki dəfə çox – təqribən 5 milyard ABŞ dolları olub. 2022-ci ilin yanvar-sentyabr aylarına isə bu rəqəm 4,2 milyard ABŞ dolları təşkil edib. 25 fevral 2020-ci il tarixində iki ölkə arasında güzəştli ticarətin təşviqi məqsədilə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi (PTS) imzalanıb”, – KOBİA-nın rəhbəri əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir