Dünya

22 yaşlı kolumbiyalı futbolçu vəfat etdi

Sharing is caring!

Argentinanın “Atletiko Tukuman” futbol klubunun kolumbiyalı yarımmüdafiəçisi Andres Balanta 22 yaşında vəfat edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçu məşq zamanı huşunu itirib, həkimlərin yerindəcə müdaxiləsinə baxmayaraq, o, aparıldığı xəstəxanada həyatını itirib.

Balanta 2019-cu ildə də bir dəfə huşunu itirib, ancaq o zaman aparılan testlərin heç birində hansısa problem üzə çıxmayıb.

Futbolçu 2022-ci ilin iyunundan “Atletiko Tukuman”da icarə əsasında çıxış edirdi. Onun hüquqları yetirməsi olduğu Kolumbiyanın “Deportivo Kali” klubuna məxsusdur.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir