Dünya

Yəməndə Qəzzaya döyüşçülərin göndərilməsi üçün səfərbərlik elan olundu: Husilər döyüşlərə qatılacaq – VİDEO

Sharing is caring!


Yəmənin şimalında Qəzza zolağına döyüşçülərin göndərilməsi üçün ümumi səfərbərlik elan olunub.

Bu barədə “Ənsar-Allah” hərəkatının siyasi bürosundan məlumat verilib.

Bildirilib ki, Yəmən husiləri Qəzza qarşıdurmasında iştiraka hazırlaşmaq üçün təlim düşərgələri açıblar.

Husi rəhbərliyinin hesablamalarına görə, on minlərlə gənc artıq könüllü olaraq gəlib və hərbi bacarıqları öyrənməyə başlayıb.

Qeyd edək ki, daha əvvəl “Bloomberg” nəşri ABŞ-nin husilərin mövqelərinə zərbələr endirə biləcəyi barədə yazıb. Pentaqon isə rəsmi olaraq “Rifah keşikçisi” əməliyyatına başladığını elan edib. Əməliyyatın məqsədi Qırmızı dənizdə gəmilərin təhlükəsizliyinin təmin edilməsidir.

Mənbə: “RİA Novosti” “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir