Cəmiyyət

Şəmkirdə elektrik yarımstansiyasında yanğın olub

Sharing is caring!

Şəmkirdə yanğın hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun Dəllərcəyir elektrik yarımstansiyasında qeydə alınıb.

Dəllərcəyir yarımstansiyada transformatorda anidən yanğın başlayıb. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından mühafizə hissəsinin canlı qüvvəsi və yanğınsöndürən avtomobilləri cəlb olunub. Yaxınlıqda olan transformatorlar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, stansiyanın əhatə etdiyi ərazilərə elektrik enerjisinin verilməsi dayandırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir