Dünya

Latviya XİN: “Stalinin varisləri məğlub edilməlidirlər” – FOTO

Sharing is caring!

“Rusiya Qolodomordan 90 il sonra ukraynalılara qarşı yeni soyqırımı törədir”.

Bu barədə Latviya xarici işlər naziri Edqars Rinkeviçs “Twitter” hesabında paylaşım edib.

O, Stalinin varislərini məğlub etməyə çağırıb.

“Bu gün biz Qolodomor zamanı Stalin rejimi tərəfindən öldürülən milyonlarla ukraynalının xatirəsini ehtiramla yad edirik. 90 ildən sonra Rusiya yenidən ukraynalılara qarşı genişmiqyaslı soyqırımına başladı. Gələcəkdə belə faciələrin qarşısının alınması üçün Stalinin varislərini indi məğlub etməliyik”, – deyə Rinkeviçs qeyd edib.

Ukrayna Xarici İşlər Nazirliyi bu gün beynəlxalq tərəfdaşları 1932-1933-cü illər Qolodomorunu Ukrayna xalqının soyqırımı kimi tanımağa çağırıb. Həmçinin Rusiya tərəfindən növbəti hərbi cinayətlərin, insanlığa qarşı cinayətlərin və soyqırımının qarşısının alınması üçün çağırış edib.

Bu arada Almaniya Bundestaqında Qolodomorun soyqırımı kimi tanınması üçün sənəd hazırlanıb və gələn həftə səsvermənin olacağı bildirilir.

Mənbə: Yevropeyskaya pravda

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir