Dünya

Qətər Türkiyə iqtisadiyyatına 10 milyard dollar investisiya yatıracaq

Sharing is caring!

Qətər hakimiyyəti Türkiyə iqtisadiyyatına ən azı 10 milyard dollar sərmayə qoymaq niyyətindədir ki, bunun bir hissəsini rəsmi Ankara 2022-ci ilin sonuna qədər ala bilər.

“Qətər tərəfindən Türkiyə iqtisadiyyatına yeni yatırımlarla bağlı danışıqlar yekun mərhələyə çatıb. Minimum məbləğ 8 milyard dollar nəzərdə tutulub, lakin bu, 10 milyard dollara da çata bilər”, – yüksək rütbəli Türkiyə rəsmisi deyib.

Onun sözlərinə görə, Qətər və Türkiyənin hakimiyyət orqanları maliyyələşdirmənin svoplar, avrobondlar və ya başqa şəkildə həyata keçirilməsi barədə razılığa gəliblər. Vəsaitin 2-3 milyard dolları bu ilin sonunadək, qalanı isə gələn il Türkiyə tərəfinə veriləcək.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir