İdman

Zemfira Meftahətdinova: “Qızlarımız bizi sevindirdilər”

Sharing is caring!


“Son iki gündə qızlarımız bizi sevindirdilər”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Zemfira Meftahətdinova deyib.

Stend atıcılığında Sidney Olimpiadasının qızıl, Afina Olimpiadasının bürünc medalçısı olan Meftahətdinova Azərbaycan idmançılarının Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında uğurlu çıxışına toxunub:

“Medal sayına görə bu gün Azərbaycan komandası ilk “10-luq”dadır. Tapançadan 25 metr məsafəyə mərkəzə atış növündə Nigar Nəsirova qızıl, Nərminə Səmədova gümüş medal qazanıblar. 25 metr məsafəyə tapançadan standart atəşaçma yarışında isə Azərbaycan komandası gümüş medalları bayram edib. Doğma Bakımızda Dövlət Himnimizi səsləndirib, bayrağımızı qaldırdılar”.

Federasiya rəsmisi atıcılarla qürur duyduğunu bildirib:

“Əlbəttə, bu cür nailiyyətlər hər bir azərbaycanlı kimi bizi sevindirir. Belə turnirlərdə gənc atıcılarımız həm yarış, həm də medal qazanmaq baxımından böyük təcrübə qazanırlar. Fürsətdən istifadə edib qızlarımızı, komandamızı, Atıcılıq Federasiyasının rəhbərini təbrik edirəm. Ümid edirəm ki, komandamızın üzvləri qarşıdakı beynəlxalq turnirlərdə xalqımızı uğurlu nəticələrlə sevindirməyi bacaracaqlar”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir