Dünya

Transxəzər marşrutunun buraxılış qabiliyyətinin artırılması planlaşdırılır

Sharing is caring!

Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə Transxəzər marşrutunun buraxılış qabiliyyətini 2025-ci ilə kimi ildə 10 mln. tona qədər artırmağı planlaşdırırlar.

Bu barədə Aktauda Transxəzər qarşılıqlı əlaqələri üzrə məsul nazirlərin görüşündə məlumat verilib. Görüşdə sözügedən ölkələrin xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə nazirlər iştirak ediblər.

Qazaxıstanın sənaye və infrastruktur inkişafı naziri Kairbek Uskenbayev bildirib ki, cari ilin 10 ayı ərzində Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə Aktau və Kurık dəniz limanları vasitəsilə 1,5 milyon tona yaxın yük daşınıb, bu da ötən ilin göstəricilərini iki dəfə üstələyib.

Tərəflər 2022-2027-ci illər üçün Orta Dəhlizin “dar” yerlərinin sinxron şəkildə aradan qaldırılması və inkişafı üzrə yol xəritəsini imzalayıblar.

Mənbə: “Sputnik Qazaxıstan”ın “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir