Dünya

“British Airways” onlarla uçuşu ləğv edəcək

Sharing is caring!


Böyük Britaniyada “Unite” həmkarlar ittifaqının üzvü olan Hitrou hava limanında çalışan 1 400 təhlükəsizlik işçisi maaş artımı tələbinə görə tətil edəcək.

Tətil martın 31-də başlayacaq və aprelin 9-da, Pasxa bayramında başa çatacaq. Bu müddət ərzində “British Airways” gündəlik 32 uçuşu ləğv edəcək.

Həmin reyslərin sərnişinləri 24 saat ərzində alternativ reyslərə yönləndiriləcəklər və ya bilet pulları tam olaraq geri qaytarılacaq.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir