Dünya

İran KİV-in sabiq rəhbəri: “Müdafiəsiz insanları öldürən məmurlar və bunu əmr edənlər qatildirlər” – FOTO

Sharing is caring!

“Silahsız insanları, müdafiəsiz qadın və uşaqları öldürən dövlət məmurları və bunu əmr edən komandirlər qatildirlər”.

Oxu.Az-ın məlumatına görə, bunu İran teleradiosunun sabiq sədri Məhəmməd Sərəfraz təhlükəsizlik qüvvələrinə ünvanladığı “tweet”ində yazıb.

“Onlar əməllərinin cəzasını həm bu dünyada, həm də ilahi ədalət məhkəməsində çəkəcəklər”, – o əlavə edib.

Qeyd edək ki, 1993-cü ildən mediada olan Sərəfraz 2014-cü ildən 2016-cı ildə istefaya gedənə qədər İran İslam Respublikası Yayım Şirkətinə (IRIB) başçılıq edib.

2018-ci ilin sentyabrında Sərəfraz 24 il ərzində efirdə baş verən hadisələr və teleradio şirkətinin rəhbərliyindən getməsinin səbəblərindən bəhs edən “Bir istefanın hekayəti” adlı xatirə kitabını dərc edib. Kitabın nəşri ictimai və siyasi aləmdə böyük mübahisələrə səbəb olub. Kitabda Sərəfraz SEPAH-ın və təhlükəsizlik qüvvələrinin kommersiya radio və televiziyalarına təzyiqi, maliyyə mexanizmləri və s. barədə söz açıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir