Dünya

İran milli yığmasına rejim qüvvələrindən xəbərdarlıq: Ən tanınmış futbolçu həbs olundu – FOTO

Sharing is caring!

İranın təhlükəsizlik qüvvələri ölkənin ən məşhur futbolçularından biri – milli komandanın keçmiş üzvü və Tehranın “İstiqlal” klubunun keçmiş kapitanı Voriya Qafurini həbs edib. O, “Fulad Xuzistan” klubu ilə məşqdən sonra “Dünya çempionatında olan milli komandanın nüfuzuna zərbə vurmaq və dövlət əleyhinə təbliğat aparmaq” ittihamı ilə saxlanılıb.

Qeyd edək ki, İran millisi bir neçə dəqiqə sonra Uelslə qarşılaşacaq. İran komandası İngiltərə ilə oyundan əvvəl dövlət himnini oxumadığı üçün artıq qalmaqaldadır və çox güman ki, Qafurinin həbsi futbolçuların bu etirazı təkrarlamamaları üçün bir növ xəbərdarlıqdır.

Yeri gəlmişkən, 35 yaşlı futbolçu 2018-ci il dünya çempionatı üçün İran yığmasının heyətində yer alsa da, bu il Qətərdə keçiriləcək dünya çempionatının yekun heyətinə daxil edilməyib. Bir çoxları bunun Qafurinin rejimə qarşı sərt siyasi mövqeyinə görə belə olduğunu düşünürlər. Belə ki, bir dəfə o, İranın keçmiş xarici işlər naziri Cavad Zərifi tənqid etdiyinə görə həbs olunub. 2019-cu ildə Qafuri “Azadi” stadionunda “Esteqlal” matçına baxmağa cəhd etdiyinə görə həbs olunduqdan sonra özünü yandıran Səhər Xodayari adlı qadının şərəfinə mavi köynəklər paylayıb. 2021-ci ildə futbol azarkeşi olan qadınlara qarşı daha bir zorakılıq hadisəsindən sonra Qafuri özünün “Instagram” hesabında yazmışdı:

“Bir futbolçu kimi ana və bacılarımızın stadiona girməsinin qadağan edildiyi bir dövrdə oynamaqla özümü, həqiqətən də, alçaldılmış hesab edirəm”.

Bu sözlərinin cəzası olaraq “Esteqlal” komandasının kapitanlığından çıxarıldı.

Əslən Sənəndəc şəhərindən olan (Məhsa Əmininin vətəni) Qafuri molla respublikasında son günlər baş verən etiraz aksiyaları və günahsız yerə öldürülən insanlarla bağlı hökuməti sərt tənqid edir, kürd xalqının qətlini dayandırmağa çağırırdı.

Mənbə: Fars

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir