Dünya

Lukaşenko dünyanı “çirkli” bombalarla hədələdi: “Təkcə Avropa titrəməyəcək” – VİDEO

Sharing is caring!

“Bizə hücum olarsa, təsəvvür belə edə bilməzsiniz ki, necə cavab verəcəyik”.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinə hücum ehtimalı barədə suala cavab verərkən deyib.

Bu dəfə o, Avropanı “təmiz” və “çirkli” bombalarla hədələyib.

Mətbuata açıqlama verən Lukaşenko bildirib ki, artıq dəfələrlə bəhs etdiyi mifik hücuma cavab  gözlənilməz və güclü olacaq. O, bu barədə artıq lazımi şəxslərə məlumat verildiyini də qeyd edib.

“Birdən kimsə bizə hücum etsə, qulaq asın, təsəvvür belə edə bilməzsiniz ki, necə cavab verə bilərik. Kimə lazımdır, bu barədə artıq demişəm. Burada biz artıq “təmiz” və “çirkli” nüvə bombası, atom bombası problemlərini müzakirə etməyəcəyik. Bu artıq müzakirə olunmur. Biz elə cavab verəcəyik ki, təkcə Avropa titrəməyəcək. Burada təkcə biz deyilik, bu, Rusiya ilə müqavilələrimizdir, Rusiya ilə ortaq qoşun qruplaşmalarımızdır”, – deyə Lukaşenko bildirib.

Mənbə: UNIAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir