Dünya

Makron Rusiyanı ittiham etdi: “Mən axmaq deyiləm”

Sharing is caring!

“Rusiya qeyri-rəsmi olaraq bəzi fransız fikir liderlərini maliyyələşdirir ki, bu liderlər də rəsmi Paris üçün yalan və zərərli narrativlər yaymaqla məşğuldur”.

Bu barədə Fransa Prezidenti Emmanuel Makron “TV5 Monde” telekanalına müsahibəsi zamanı deyib.

Makron Fransanın keçmiş müstəmləkələrdəki tarixi-iqtisadi və siyasi əlaqələrindən öz maraqları naminə istifadə edib-etmədiyi ilə bağlı sualı cavablandırıb.

“Bu fikir başqaları tərəfindən təşviq edilir, bu, siyasi layihədir. Mən axmaq deyiləm, bir çox fikir liderləri hərdən sizin efirinizdə danışmaq müqabilində rusiyalılardan pul alırlar. Biz onları tanıyırıq”, – deyə o qeyd edib.

Mənbə: Ukrinform

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir