Mədəniyyət

Kübra Əliyeva: “Məni sevən hər kəs narahat qalıb”

Sharing is caring!


Xəstəxanaya aparıldığı deyilən Əməkdar artist Kübra Əliyevanın vəziyyətinə aydınlıq gəlib.

Bu barədə Oxu.Az-a Əməkdar artistin özü məlumat verib. Aktrisa səhhətində heç bir problem olmadığını vurğulayıb:

“Yanlış məlumatlar yayılıb. Məni sevən hər kəs narahat qalıb. Xahiş edirəm, onlara bildirəsiniz ki, “onların aktrisası yaxşıdır”. Maraqlandığınız üçün minnətdaram”.

K.Əliyeva reabilitasiya mərkəzində müalicə aldığını qeyd edib:

“Səhhətimdə heç bir problem yoxdur. Sadəcə, ayaqlarımdan müalicə alıram. Bundan öncə də reabilitasiya mərkəzinə üz tutmuşdum. Razı qaldığım üçün yenidən müraciət etdim. Xəstəxanaya yerləşdirilməmişəm. Heç bir xəstəliyim yoxdur. Olsa belə, normal haldır. Artıq 75 yaşa doğru gedirəm. Bir daha deyirəm, əzizlərim, mən yaxşıyam, hər şey qaydasındadır”.

Xatırladaq ki, Əməkdar artist Kübra Əliyevanın klinikaların birinə yerləşdirilməsi ilə bağlı məlumatlar yayılmışdı.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir