Dünya

Filippində 272 milyon dollarlıq COVID-19 peyvəndi xarab olub

Sharing is caring!

Filippində 272 milyon dollar dəyərində 31 milyondan çox koronavirus peyvəndi xarab olub.

Bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təxminən 24 milyon dozanın müddəti bitib, qalan yeddi milyon doza isə temperaturun dəyişməsi səbəbindən yararsız hala düşüb.

Səhiyyə qurumunun məlumatına görə, koronavirus peyvəndlərinin əvvəlki versiyaları istehsal tarixindən etibarən cəmi altı ay saxlama müddətinə malikdir.

Dekabrın 5-dən 7-dək respublikanın hakimiyyət orqanları əhalinin koronavirusa qarşı immunizasiyası üzrə növbəti xüsusi kampaniya keçirməyi planlaşdırır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir